BMT: Ukraynadakı müharibə nəticəsində 9500 dinc sakin həlak olubbackend

BMT: Ukraynadakı müharibə nəticəsində 9500 dinc sakin həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada davam edən Rusiya-Ukrayna müharibəsində ölən və yaralanan mülki vətəndaşların sayını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT-nin Cenevre ofisi sosial media hesabında paylaşım edib.

Müharibə nəticəsində 9500 dinc sakinin öldüyü, 17 mindən çox insanın isə yaralandığı bildirilib.

“Real rəqəmlər mütləq daha çoxdur. 6 milyondan çox ukraynalı qonşu ölkələrə qaçıb. 5 milyondan çoxu məcburi köçkün vəziyyətinə düşüb”, – postda deyilir.