BMT və Rusiya Federasiyası yaxın günlərdə “taxıl müqaviləsi” ilə bağlı danışıqlar apara bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirmişdi ki, Rusiya iyulun 18-i taxıl müqaviləsini sonlandırmağa çalışır. BMT daha əvvəl Qara dəniz təşəbbüsünün uzadılması üçün bütün maneələri aradan qaldırmağa çağırıb.
“Yaxın günlərdə BMT və Rusiya Federasiyası tərəfindən müzakirələr planlaşdırılır, hələlik dəqiq tarix yoxdur. Ola bilsin ki, Cenevrədə keçiriləcək. Bu danışıqlar mexanizmin gələcəyini böyük ölçüdə müəyyən edəcək”, – deyə məlumatda qeyd edilib.
NOCOMMENT