BMT-yə məxsus helikopter ələ keçirildibackend

BMT-yə məxsus helikopter ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Şəbab” yaraqlıları Somalidə BMT-yə məxsus helikopteri ələ keçiriblər.

NOCOMMENT.az məlumat verir ki, “reuters”in manşetinə çıxarılan xəbərə əsasən, helikopterdə 2 somali vətəndaşı və bir neçə əcnəbi olub.

Helikopter nasazlıq səbəbindən qruplaşmanın nəzarətində olan əraziyə təcili eniş edib.

BMT-nin 2 mənbəsinin məlumatına görə, helikopterdə 9 sərnişin olub. Agentlik əsir düşənlərin kimliyini və vətəndaşlığını dəqiqləşdirə bilməyib. Helikopterin libbi ləvazimat və yaralı əsgərləri daşıdığı bildirilib.

Somali hökuməti isə agentliyin müraciətinə hələ də cavab verməyib.