BMT Yəməndəki daşqınlarda ölən insanların sayını açıqladıbackend

BMT Yəməndəki daşqınlarda ölən insanların sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yəməndə aprel ayında baş verən daşqınlarda həyatını itirən insanların sayını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, verilən yazılı açıqlamada Yəmənin bir çox şəhərində qısamüddətli leysan yağışların olduğu bildirilib.

Ərazidən verilən xəbərlərdə yağışların səbəb olduğu daşqınlarda 31 nəfərin həyatını itirdiyi, 37 nəfərin yaralandığı, 3 nəfərin isə itkin düşdüyü bildirilən açıqlamada yağışların İbb şəhərində qayaların təhlükəli şəkildə uçmasına səbəb olduğu qeyd edilib.

Qeyd edək ki, Yəməndə martın ortalarında başlayan yağışlı mövsüm minlərlə ailəyə mənfi təsir göstərib.

NOCOMMENT.AZ