BNA: Bugünkü avtobus qəzasına görə məsul şəxslərdən izahat alınıbbackend

BNA: Bugünkü avtobus qəzasına görə məsul şəxslərdən izahat alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının Suraxanı qəsəbəsində – Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə baş vermiş yol qəzasına görə məsul şəxslərdən izahat alınıb.

Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən “BUS TRANS” MMC”, “Transkontrol” MMC və “Azlənd Plaza” MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.

Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. “Azlənd Plaza”nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.