BNA-da aşkarlanan nöqsanlar – Palata nəticələri açıqladıbackend

BNA-da aşkarlanan nöqsanlar – Palata nəticələri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası Bakı Nəqliyyat Agentliyində (BNA) yoxlamaların nəticələrini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Palatanın 2021-ci ilə dair hesabatına əsasən, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin Bakı Nəqliyyat Agentliyinin tərkibinə verilməsi haqqında tapşırığın tam şəkildə icra olunmadığı müəyyənləşib.

Hesabatda dövlət büdcəsinin investisiya xərcləri hesabına BNA tərəfindən ümumilikdə 165 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması əməliyyatlarının başa çatması və həmin avtobuslardan ilkin dəyəri 159 211,1 min manat olan 394 ədədin qanunvericiliyə uyğun razılaşadırılmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi üçün tələblərin tam həyata keçirilmədiyi bildirilib.