BNA-dan ictimai nəqliyyatın fəaliyyəti barədə açıqlamabackend

BNA-dan ictimai nəqliyyatın fəaliyyəti barədə açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi barədə qərarına uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə NOCOMMENT.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verilib.

Tapşırılıb ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər.

Tapşırıqda qeyd olunub ki, sürücü və işçi heyətinin təlimatlandırılması, habelə texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.