BNA hava şəraiti ilə əlaqədar sürət həddini endiribbackend

BNA hava şəraiti ilə əlaqədar sürət həddini endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) sosial şəbəkələrdə məlumat paylaşıb.

“Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar”, – deyə məlumatda deyilir.