BNA: Paytaxtda avtobusların hərəkətində gecikmələr varbackend

BNA: Paytaxtda avtobusların hərəkətində gecikmələr var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

NOCOMMENT xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidməti Mais Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, sıxlıq səbəbindən bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb: “Təkcə elə Heydər Əliyev prospekti şəhər istiqamətində (kənar yolda) onlarla avtobus sıxlıqda qalıb”.