BNA tibbi maskadan istifadə ilə bağlı əlavə tədbirlər görür – FOTObackend

BNA tibbi maskadan istifadə ilə bağlı əlavə tədbirlər görür – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün əlavə tədbirlər həyata keçirilir.

NOCOMMENT.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş 34 məntəqədə BNA əməkdaşları tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət edilir, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılaraq maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır.

Son bir neçə gün ərzində həyata keçirilən intensiv nəzarət tədbirləri artıq müsbət nəticələr verməkdədir. Aparılan müşahidələr onu göstərir ki, avtobuslarda tibbi maskadan istifadə edənlərin sayında ciddi artım müşahidə edilir və sərnişinlərimizin məsuliyyət hissi ilə qaydalara riayət etməsi təqdirəlayiqdir.

Tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik.