BNA və DYP eyni xətaya görə 7 saniyə fərqlə cərimə yazdıbackend

BNA və DYP eyni xətaya görə 7 saniyə fərqlə cərimə yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, F.Cahangirov bu barədə sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, metronun “28 may” stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum – Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.

Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi 7 saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-ci saniyədə yazıb.

Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.

Fotoları təqdim edirik: