Boçarov: İsrail Azərbaycanla bir səngərdə idibackend

Boçarov: İsrail Azərbaycanla bir səngərdə idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailli politoloq Yuri Boçarov Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı diasporumuzun dövlətə və orduya dəstək üçün yumruq kimi birləşməsindən yazıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, “Qafqazda müharibə Azərbaycan diasporunu birləşdirdi” (“Война на Кавказе сплотила и объединила азербайджанскую диаспору”) başlıqlı məqalədə müəllif bildirir ki, insanlar pandemiyadan da ehtiyat etmədən küçələrə axışaraq Azərbaycana və onun qəhrəman ordusuna dəstəyini nümayiş etdirdi, sosial şəbəkələrdə Azərbaycan diasporu nümayəndələrinin yüzlərlə məqalə, müzakirə və müraciətləri yayımlandı.

Əsas diqqəti İsraildəki Azərbaycan icmasının gördüyü işlərə yönəldən Y.Boçarov yazır ki, təkcə İsraildə “Azİz”in rəhbərliyi ilə bir neçə kütləvi aksiya və nümayiş keçirilib:

“İsrail ermənilərin və onların havadarı olan KİV-in hücum etdiyi Azərbaycanla bir səngərdə idi. Biz isə həmin günlərdə, bu müharibədə Azərbaycanla həmrəyliyimizlə bağlı məqalələr yaymaqla onların layiqli cavabını verdik. Təkcə “Azİz”in üzvləri Azərbaycanın haqlı davasını əks etdirən 200-dən artıq məqalə dərc etdirib. Bundan başqa, İsrail Azərbaycan əsgərinə yardım göndərən, müxtəlif fondlara maddi dəstək göstərən ilk ölkələrdəndir”.

Vətənə sevginin, başqa vaxtlarda bir-biri ilə rəqabətdə olan, diaspor təşkilatlarını sıx birləşdirdiyini vurğulayan müəllif müharibə dönəmində ABŞ-da “May vey”, Çexiyada “Natəvan” təşkilatlarının, Almaniya, Ukrayna və digər ölkələrdə Koordinasiya Şuralarının həmrəylik aksiyaları təşkil etdiklərini xatırladıb.

Məqalənin sonunda Y.Boçarov Azərbaycandan köçənlərin əksəriyyətinin təcrübəli mütəxəssis kimi işğaldan azad edilmiş ərazilərimizin bərpası işlərində iştirak etməyə hazır olduğunu yazır.