Gürcüstanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) və Avropa İttifaqına üzvlüyü ölkə üçün əsas prioritet olaraq qalır.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri postuna namizəd Maka Boçorişvili parlamentdə yeni hökumətin təsdiqi ilə bağlı çıxışı zamanı deyib.
O qeyd edib ki, Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə əsasən, ölkə Avro-Atlantik strukturlara inteqrasiyanın “qaçılmaz yolunu” davam etdirir. Bu baxımdan, Boçorişvili vurğulayıb ki, NATO və Aİ ilə münasibətlər mühüm prioritet olaraq qalacaq.