Boğaz ağrısının bir nömrəli düşmənibackend

Boğaz ağrısının bir nömrəli düşməni

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövsüm keçidlərində ən çox şikayət edilən sağlamlıq problemlərindən biri də boğaz ağrısıdır.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, bitkilər üzrə mütəxəssis kimi tanınan Prof. Dr. Aysun Bay Karabulut boğaz ağrısına qarşı bitki mənşəli üsullardan danışıb.

Boğaz ağrısına soyuqdəymə, qrip və ya digər infeksiyaların səbəb ola biləcəyini deyən Prof. Dr. Karabulut təbii üsulların çox təsirli olduğunu söyləyib.

Onun sözlərinə görə, boğaz ağrısının ən yaxşı həll yolu gülxətmi çiçəyindən istifadə etməkdir.
“Qədim zamanlardan bəri gülxətmi bitkisindən əldə edilən ekstraktlardan boğaz ağrıları və digər xəstəliklərin müalicəsində istifadə edilib. Bu çiçəyin kökündə udulduqda boğazı örtən və yağlayan jelatinə bənzəyən selikli maddə var. Tədqiqatçılar tərkibində gülxətmi kökü olan pastilləri heyvanlarda sınaqdan keçiriblər və onların çox yüksək dozalarda belə toksik olmadığını aşkarlayıblar. Gülxətmi çiçəyi boğaz ağrısı ilə yanaşı quru öskürək zamanı da faydalıdır”, – deyə Prof.Dr. Karabulut vurğulayıb.

O, boğaz ağrısını aradan qaldıran gülxətmi çayının reseptini də bölüşüb:

“Bir bankanı qaynadılmış, otaq temperaturunda olan su ilə doldurun. 30-50 qram gülxətmi çiçəyini tənzifin içinə qoyun və yaxşıca bükün. Hazırladığınız bağlamanı suya salın. Çay bu formada bir gecə və ya ən azı 8 saat dəmlənməlidir. Sonra bağlamanı bankadan çıxarın. İstədiyiniz qədər çayı bir stəkana süzün və bal əlavə edib için. Boğaz ağrısı və quru öskürək simptomlarını azaltmaq üçün bu çaydan gün ərzində qurtum-qurtum, ümumilikdə 2-3 fincan içmək olar.