Boğaz ağrısının təbii müalicə üsullarıbackend

Boğaz ağrısının təbii müalicə üsulları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava şəraitinin tez-tez dəyişməsi boğazda müxtəlif infeksiyaların yaranmasına səbəb olur. Təbii ki, bu da boğaz ağrılarıının artmasına şərait yaradır.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər bu cür infeksiyaların təbii qidalar vasitəsi ilə qarşısının alına biləcəyini bildiriblər. Bu təbii vasitələr aşağıdakılardır.

Heyva və limon

Bu iki sarı meyvə birləşərək infeksiyalara qarşı mübarizə aparır. Heyvanı dilimləyərək üzərinə limon sıxaraq 1 qaşıq balla qarışdırın və yavaşça əzin. Səhər-axşam qəbul olunan bu qarışım infeksiyalardan qoruyur və immunteti gücləndirir.

Soğan suyu

Təbii antibiotik olan soğan və sarımsaq qış aylarının ən vacib qidalarındandır. İki orta ölçüdə soğanı soyaraq bir gün suda saxlayın. Bir gün sonra içdiyiniz həmin su boğaz və öskürək probleminizə müsbət təsir edəcək.

Bundan başqa kərəviz, bitki çayları da boğaz ağrıları üçün olduqca faydalıdır.  Mütəxəssislər bütün infeksiyalarla mübarizə üçün ən əsas da bol-bol su içməyi məsləhət görürlər.