BOK Olimpiadada Rusiya idmançılarının sayında dəyişiklik etməyə icazə veribbackend

BOK Olimpiadada Rusiya idmançılarının sayında dəyişiklik etməyə icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BOK-un (Beynəlxalq Olimpiya Komitəsinin) idman direktoru Keyt Makkonel Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançıların sayında dəyişiklik edilməsinə icazə verib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.

Olimpiya Oyunlarında Rusiya Federasiyası və Belarus idmançıları neytral bayraq altında mübarizə aparırlar. Artıq 15 Rusiya və 17 Belarus idmançısının oyunlarda iştirak üçün müraciətləri qəbul edilib.

Bundan əvvəl BOK Parisdəki oyunlardan əvvəl Rusiyanın avarçəkmə təmsilçisi Anna Prakatenin vətəndaşlığının Özbəkistan vətəndaşlığına dəyişdirilməsini rəsmən təsdiqləyib.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusların 2024-cü il Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul edilməsi barədə qərar qəbul edib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və vəsiqə qazanmalı idilər.