Bölgələrdə sərnişinlər hələ də kiçiktutumlu, köhnə mikroavtobuslarla daşınır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət illərdir müzakirə olunan bölgə avtobuslarından gedir.
Gəncə sakinləri deyir ki, bu vəziyyət illərdir ki, belə davam edir.
230 minə yaxın əhalisi olan Lənkəranda 8 qəsəbə və 83 kənd var. 100-dən çox avtobus gün ərzində əhaliyə xidmət göstərir. Amma bu avtobusların da demək olar ki, hamısı köhnədir. Sakinlərin sözlərinə görə, buradakı avtobuslar 20, hətta 30 il bundan əvvəlin nəqliyyat vasitələridir.
Vəziyyət Tovuz və Qazaxda da eynidir.
Bəs rayonlardakı avtobus parkı nə vaxt yenilənəcək?
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə açıqlama verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.