Şimali Atlantika Alyansı ölkələri Ukraynanı Rusiyaya qarşı irəliləyiş üçün strateji baza kimi istifadə edirlər.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Boliviya prezidenti Luis Alberto Arse Katakora BMT Baş Assambleyasının iclası zamanı deyib.
“NATO-nun genişlənməsi silahlı münaqişəni uzadıb, eyni zamanda Ukrayna Rusiya Federasiyasına hücum üçün bir tramplin kimi istifadə olunur”, – deyə Boliviya lideri vurğulayıb.