Boliviyada güclü yağışlar: 6 nəfər ölüb, 2 nəfər itkin düşübbackend

Boliviyada güclü yağışlar: 6 nəfər ölüb, 2 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Boliviyanın şimalında güclü yağışlar nəticəsində 6 nəfər ölüb, 2 nəfər itkin düşüb.

NOCOMMENT xəbər verir ki, təbii fəlakətdə 450 ev zərər görsə də, bir çox kənd təsərrüfatı sahələri də su altında qalıb.
Paytaxt La Pazda leysan yağışlardan sonra Tipuani çayının daşması səbəbindən yüzlərlə ev və kənd təsərrüfatı sahəsi su altında qalıb.

Güclü yağışlar nəticəsində indiyədək 6 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və təbii fəlakətdən zərər çəkənlərə yardım materialları verəcəklərini açıqlayıb.

450 evə ziyan dəydiyi, çoxlu ailənin təxliyə edildiyi paylaşılıb.