Bolqarıstan ruslara “Şengen” verməyə hazırlaşırbackend

Bolqarıstan ruslara “Şengen” verməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan aprel ayından ruslara “Şengen” vizalarının verilməsi üçün hazırlıqlara başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

“Bolqarıstanın diplomatik missiyası aprel ayında Rusiyada Şengen vizalarının verilməsinə başlamağa hazır olduğunu açıqlayıb”, – mesajda deyilir.

Bununla belə, rusiyalı ərizəçinin sənədi əldə etməsinə nə qədər vaxt lazım olacağı göstərilmir. Bundan əlavə, Bolqarıstan səfirliyi vizaların verilməsinə başlama vaxtı və bunun dəqiq harada baş verəcəyi ilə bağlı suala birmənalı cavab verə bilməyib.

Turoperatorlar xatırladıblar ki, martın 31-dən Rumıniya və Bolqarıstan “Şengen” zonasına qismən qoşulacaqlar.