Bolqarıstanın şimal-şərqində əlverişsiz hava şəraiti höküm sürür.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Təbiət hadisəsi iki nəfərin ölümünə səbəb olub.
Şumen və İsperih şəhərlərində güclü külək 150-dən çox binanın damını uçurub.
Bəzi ərazilərdə leysan yağış daşqına səbəb olub.
Yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.
Bolqarıstanın bir çox bölgələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.