Bolqarıstandan ukraynalı F-16 pilotlarına DƏSTƏKbackend

Bolqarıstandan ukraynalı F-16 pilotlarına DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan gələcək ukraynalı F-16 pilotları üçün ingilis dili kurslarının təşkilində yardım göstərəcək.

Bu barədə NOCOMMENT.az Ukraynanın müdafiə naziri Rustem Umyerovun bəyanatına istinadən xəbər verir.

“Bolqarıstandan olan həmkarım Todor Taqarevlə görüşün nəticələri diqqətəlayiq oldu. Biz ikitərəfli əməkdaşlığın, o cümlədən kibermüdafiə, strateji kommunikasiyalar və hərbi-texniki dəstəyin əhatəsini genişləndirən memorandum imzaladıq”, – mesajda deyilir.

Qeyd olunur ki, sənəd həm də gələcək müdafiə əməkdaşlığı və hərbi əməkdaşlığın əsasını qoyur.

Bundan əlavə, Bolqarıstan gələcək ukraynalı F-16 pilotları üçün ingilis dili kurslarının təşkilinə köməklik göstərəcək.