Bolqarıstanın xarici işlər naziri: Ukrayna Alyansa üzv olduqda NATO ölkələri təhlükəsiz olacaqbackend

Bolqarıstanın xarici işlər naziri: Ukrayna Alyansa üzv olduqda NATO ölkələri təhlükəsiz olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın xarici işlər naziri İvan Kondov bildirib ki, Ukrayna NATO-ya tamhüquqlu üzv olduqdan sonra bütün üzv ölkələr həqiqətən təhlükəsiz olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kondovun sözlərinə görə, NATO-nun şərq cinahının və Qara dəniz regionunun təhlükəsizliyinin gücləndirilməsi təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir.

Nazir çıxışı zamanı Ukraynanı xatırladıb və vurğulayıb ki, Ukrayna Alyansa daxil olan zaman NATO üzvü olan ölkələr həqiqətən təhlükəsiz olacaqlar.

Bolqarıstan Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, Kondov BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşkil etdiyi transatlantik şam yeməyində iştirak edib.