Bolsonaro Braziliyada ifadə vermək üçün çağırılıbbackend

Bolsonaro Braziliyada ifadə vermək üçün çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaroya yanvarın 8-də Konqres, Ali Məhkəmə və Prezident Sarayına basqını “təhrik etmək” ittihamı ilə Federal Polisə ifadə verməyi əmr edib.

NOCOMMENT xəbər verir ki, Braziliyanın Ali Məhkəməsinin hakimi Alexandre de Moraes Bolsonaroya 8 Yanvar hadisələri ilə bağlı ifadə verməsi üçün 10 gün vaxt verib.

Konqres, Bolsonaronun ifadəsinin Ali Məhkəməyə və Prezident Sarayına edilən hücumu tam şəkildə işıqlandırmaq üçün vacib olduğunu elan etdi.

Digər tərəfdən, konqres basqında iştirak etdikləri səbəbiylə nəzarətə alınan 294 adamın sərbəst buraxılması tələbləri məhkəmə tərəfindən rədd edildi.

Dövlət binalarına basqın nəticəsində saxlanılan 2 min 151 nəfərdən 1406-nın mərhələli şəkildə azadlığa buraxıldığı, digərlərinin isə məhkəmə prosesinin davam etdiyi paylaşılıb.

Braziliyada konqres basqını “təhrik etdiyi” üçün istintaq edilən Bolsonaro 30 dekabr 2022-ci ildə getdiyi ABŞ-dan 30 martda ölkəsinə qayıdıb.