“Bolt” Azərbaycanda bu xidməti dayandırdı – FOTObackend

“Bolt” Azərbaycanda bu xidməti dayandırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bolt” skuterlərin icarəsi xidmətini dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-ın sorğusuna cavab olaraq “Bolt”dan bildirilib.

Qeyd edilib ki, buna səbəb ümumi texniki problemdir.

Şirkətdən vurğulanıb ki, hazırda “Bolt” komandası bu problemin həlli ilə məşğuldur: “Əməliyyatların tamamilə normal vəziyyətə düşməsi üçün çalışırıq”.

Qeyd edək ki, “Bolt” şirkəti bu ilin əvvəlindən Bakı və Sumqayıt şəhərlərində elektrik skuterlərinin icarəsi xidmətinə başlayıb. Bakıda skuterin kiliddən çıxarılması 0,5 AZN, səyahətin bir dəqiqəsi isə 0,15 AZN müəyyənləşib.