Bolton: “Tramp ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq”backend

Bolton: “Tramp ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində qalib gəlsə, ABŞ Şimali Atlantika Alyansını (NATO) tərk edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton “Le Figaro” qəzetinə deyib.

“Mənə elə gəlir ki, yenidən seçiləcəyi təqdirdə onun NATO-dan çıxma ehtimalı yüksəkdir. Bir fikri olanda Tramp təkrar-təkrar ona qayıdır, sonra unudur, amma sonda xatırlayır və hərəkətə keçir. Çoxları bunun sadəcə danışıqlar vasitəsi olduğunu düşünür, amma mən belə düşünmürəm”, – deyə o qeyd edib.

O xatırladıb ki, 2018-ci ildə Tramp artıq Vaşinqtonun alyansdan çıxma imkanını nəzərdən keçirib və bu, ABŞ-ın avropalı müttəfiqləri arasında qorxuya səbəb olub.