“Bombalar boş sahələrə atılırdı” – İranlı generaldan Rusiya AÇIQLAMASIbackend

“Bombalar boş sahələrə atılırdı” – İranlı generaldan Rusiya AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behrouz Esbati İranın Suriyada böyük məğlubiyyətə uğradığını, lakin hələ də ölkədə fəaliyyət göstərməyə çalışacaqlarını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bunu “Abdi Media” saytı generala istinadən yayıb. Saytda generalın audio yazısı dərc edilib və “The New York Times” buna diqqət yönəldib.

“Abdi Media”nın məlumatına görə, general ötən həftə Tehrandakı məsciddə çıxış edib. Esbati çıxışı zamanı Rusiyanı da ittiham edib: “Rusiya təyyarələrlə Suriya üsyançılarını bombaladığını deyir. Əslində isə bombalar boş sahələrə atılırdı. 2024-cü ildə İsrail Suriyadakı İran hədəflərinə zərbələr endirərkən Rusiya radarları söndürdü və bu, hücumları effektiv şəkildə asanlaşdırdı”, – o dedi.

İran Keşikçiləri Korpusu generalı, həmçinin deyib ki, İranın Suriya prezidenti Bəşər Əsədlə münasibətləri onun istefasından əvvəlki aylarda gərgin olub.

“Mən hesab etmirəm ki, Suriyanın itirilməsi fəxr olunası bir şeydir”, – deyən general İranın Suriyada məğlub olduğunu və bu məğlubiyyətin çox güclü olduğunu, çox güclü zərbə aldıqlarını söyləyib.\\Sfera.az