Borc üstündə qohumunu yandıran şəxs həbs olundu – SON DƏQİQƏbackend

Borc üstündə qohumunu yandıran şəxs həbs olundu – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az-ın şimal bürosu xəbər verir ki, dünən axşam saatlarında həmkəndlisi və qohumu olan 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunu yandıran şəxs saxlanılıb.

O, Xaçmaz rayon Qusarçay kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğludur. Xaçmaz RPŞ tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Vüsal Kərimov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə 2000 manat borc üstündə düşən mübahisədən sonra baş vermişdi. İki qohum arasında yaşanan münaqişədən sonra Vüsal Kərimov qohumu Nəriman Yusifovun üzərinə yanacaq tökərək onu yandırmışdı.

Fakla əlaqədar olaraq cinayət işi açılıb.

Cəlal Fərzəliyev, 
bölgə müxbiri.