Borca görə 34 yaşlı qohumunu diri-diri yandırdı – ŞOK HADİSƏbackend

Borca görə 34 yaşlı qohumunu diri-diri yandırdı ŞOK HADİSƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az-ın şimal bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində baş verib.

Kənd sakini 1985 ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlu öz qohumu, həyat yoldaşının əmisi oğlu olan Vüsal adlı şəxs tərəfindən üzərinə yanacaq tökülərək yandırılıb. Ətrafda olan sakinlərin köməkliyi ilə zərərçəkən şəxs dərhal Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan dərhal təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə göndərilib.

Qeyd edək ki, hadisənin 2000 manat borc üstündə baş verdiyi bildirilir. Belə ki, bir müddət əvvəl Vüsal Nərimana 2000 manat borc veribmiş. Sonuncu dəfə o borcu istəmək üçün Nəriman Yusifovun yaşadığı evə gedib. Elə faciəli sonluqda bu zaman yaranan mübahisə nəticəsində baş verib.

Hazırda hadisəni törətməkdə təqsirli bilənən Vüsal adlı şəxsin saxlanılması üçün Xaçmaz RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri davam edir.

Cəlal Fərzəliyev
Bölgə müxbiri