Gürcüstanın cənub-şərqində zəlzələ baş verib.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 08:58-də olub.
4,1 bal gücündə yeraltı təkanlar Dmanisi şəhərindən 9 km, Tbilisidən 53 km aralıda qeydə alınıb.
Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib. Dağıntı qeydə alınmayıb.