Borclu şirkətlə əməkdaşlıq: məsuliyyət kimdədir?backend

Borclu şirkətlə əməkdaşlıq: məsuliyyət kimdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergi borcu olan şirkətlə 1 242 manatlıq müqavilə bağlanıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi ilə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC arasında kanalizasiya və qaz xətlərinin asfalt-beton örtüyü ilə bərpası işləri müqavilə üzrə  bağlanıb.

NOCOMMENT.az xəbər verir ki, müqavilənin dəyəri cəmi 1.242,54 manatdır.

Araşdırma zamanı məlum olub ki, sözügedən “10 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin dövlətə külli miqdarda vergi borcu mövcuddur. Şirkətin vergi borcu 487.119,28 manat təşkil edir.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, dövlətə vergi borcu olan hüquqi şəxslərin tender və satınalma prosedurlarında iştirakı qadağandır. /32gun.az/