Boris Conson: Bu kino deyil, dünyanın sonu realdırbackend

Boris Conson: Bu kino deyil, dünyanın sonu realdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Faciə ondadır ki, bu doğrudan da kino deyil, dünyanın sonu realdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Şotlandiyanın paytaxtı Qlazqoda İqlim Dəyişməsi Konfransındakı çıxışında bildirib.

“Temperaturun iki dərəcə yüksəlməsi ərzaq məhsullarının xarab olmasına, 3 dərəcə qalxması isə kütləvi yanğınlar və siklonların baş verməsinə səbəb olacaq. Temperatur 4 dərəcə yüksəlsə, çoxsaylı şəhərlərlə vidalaşmalı olacağıq”, – deyə o vurğulayıb.

Britaniya hökumətinin başçısı deyib ki,nə qədər gec fəaliyyətə keçilsə, bu, insanlığa bir o qədər baha başa gələcək: “Fəaliyyətsizliklə bir müddətdən sonra faciənin qarşısı alınmaz olacaq. İndi fəaliyyətə başlamaq lazımdır”.

Qeyd edək ki, toplantıda yüzə yaxın dövlətin başçısı 25 min siyasətçi, mütəxəssis və jurnalsit iştirak edir.

Beynəlxalq ictimaiyyətin qarşısında çox mühüm tapşırıq durur – 2100-cü ilədək Yer kürəsində temperatur 1,5 dərəcə yüksələcək. Mütəxəssislər bildiriblər ki, baş verəcəyi təqdirdə qlobal istiləşmə dönməz olacaq. Atmosferə indiki tempdə qaz tullantılarının buraxılması temperaturun 2,7 dərəcə atması ilə nəticələnə bilər.
Report