Boris Conson: Putin məni raket hücumu ilə hədələdibackend

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığında Vladimir Putinin onu raket hücumu ilə hədələdiyini bildirib.

NOCOMMENT xəbər verir ki, danışıq zamanı öncə Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına səbəb olacaq.

O, həmçinin Putinə Ukraynanın “yaxın gələcəkdə” NATO-ya üzv olmayacağını söyləməklə Rusiyanın hərbi əməliyyatlarının qarşısını almağa çalışıb.

Consonun açıqlamalarına görə, Putin Böyük Britaniyanın çağırışına mənfi cavab verib.

“Bir anda o, məni hədələdi və şən bir şəkildə dedi: “Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bir dəqiqə çəkəcək”.