Borrel Avropa Birliyinin xarici siyasətinin uğursuz olduğunu etiraf edibbackend

Borrel Avropa Birliyinin xarici siyasətinin uğursuz olduğunu etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Siyasət rəhbəri Cozep Borrel uğursuz xarici siyasətin “bütün dünyanı” Qərb ölkələrinə qarşı çevirdiyini etiraf edərkən bu uğursuzluğun Afrika, Latın Amerikası və Asiyanın bir çox ölkəsində ittifaq üçün baha başa gəldiyini vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o , Avropa Xarici Fəaliyyət Xidmətinin saytındakı bloqunda yazıb.

“Birliyin olmaması bizə baha başa gəldi. Ukrayna və Fələstindəki müharibələrə verdiyimiz cavab fərqi Rusiya təbliğatı tərəfindən geniş şəkildə istifadə edilib”, – deyə o qeyd edib.

Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Aİ gələcəkdə “dünya Qərbə qarşı” alyansının möhkəmlənməsinin qarşısını almaq üçün hər şeyi etməlidir.