Borrel qalmaqala baxmayaraq, UNRWA-nı maliyyələşdirməyə davam etməyə çağırıbbackend

Borrel qalmaqala baxmayaraq, UNRWA-nı maliyyələşdirməyə davam etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrel bildirib ki, İsrailin təşkilatın HƏMAS hücumlarında əli olması və davam edən təhqiqatla bağlı ittihamlarına baxmayaraq, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyə davam etmək lazımdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Fevralın 1-də Brüsseldə Aİ-nin xüsusi sammiti keçirilir. Borrel qeyd edib ki, tədbir zamanı o, UNRWA-nın maliyyələşdirilməsi və dəstəyinin davam etdirilməsinin zəruriliyindən danışmaq niyyətindədir. Onun fikrincə, radikal HƏMAS hərəkatının yaraqlılarının hərəkətlərinə görə fələstinlilərin kollektiv cəzalandırılmasına yol verilə bilməz.

“İstintaq davam edir, lakin bu o demək deyil ki, iş dayandırılmalıdır”,-  deyə Borrel vurğulayıb.

Bu ay İsrail UNRWA-nın bəzi əməkdaşlarını HƏMAS-ın 7 oktyabrda İsrail yaşayış məntəqələrinə hücumunda əli olmaqda ittiham edib və onların müqavilələrinə xitam vermək qərarına gəlib. Daha sonra ABŞ, ardından bir neçə başqa ölkə bu iddialara görə UNRWA-nın maliyyələşdirilməsini dayandırıb.