Borrell Donbasa gedirbackend

Borrell Donbasa gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell Ukraynanın Donbas bölgəsinə səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

“Ali nümayəndə Jozep Borrell yanvarın 4-6-da Ukraynaya səfər edəcək. Onun bu il xaricə ilk səfəri Ukraynanın suverenliyi və ərazi bütövlüyünə AB-dən güclü dəstəyin olduğunu göstərir”, – AK-nin məlumatında bildirilib.

Qeyd olunub ki, Borrell Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə əvvəlcə ölkənin şərqinə və təmas xəttinə səfər edəcək. Bundan sonra o, Kiyevə getməyi planlaşdırır və orada Ukrayna hakimiyyətinin nümayəndələri ilə də görüşəcək.