Borrell İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıbbackend

Borrell İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiqi təklifini təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” portalı məlumat yayıb.

O, İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyi təklif edir. Təklif Aİ-yə üzv ölkələrin hökumətlərinə göndərilib.

Borrelin sözlərinə görə, İsrail hökumətinin üzvlərinə qarşı “nifrətə təhrik və insan haqlarının pozulmasına görə” sanksiyalar tətbiq oluna bilər. Söhbət xüsusilə fələstinlilərə ünvanlanan bəyanatlardan və BMT Ali Məhkəməsi nöqteyi-nəzərindən qeyri-qanuni olan “işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin” dəstəklənməsindən gedir.