Borrell İsrailə SƏSLƏNİB – Hücuma son qoyulmalıdırbackend

Borrell İsrailə SƏSLƏNİB – Hücuma son qoyulmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına hörmət etməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Cozep Borrell deyib. Onun sözlərinə görə, İsrail BMT-nin ali məhkəməsinin qərarlarına əməl etməli və Qəzzanın cənubundakı Rəfah şəhərinə hücuma son qoymalıdır:

“Biz Beynəlxalq Cinayət Məhkəməsinin işinə hörmətlə yanaşmalıyıq. Hədə-qorxu gəlmədən məhkəməyə icazə verməliyik ki, prokurorun bu təşəbbüsü ilə bağlı qərar versin. Prokurora, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı antisemitizm ittihamı tamamilə qəbuledilməzdir. Hazırda hər iki tərəf – Həmas da, İsrail də məhkəmənin qərarına hörmət etmir. Beynəlxalq Ədalət Məhkəməsinin hökmü məcburidir və onlar icra olunmalıdır”.

Borrell həmçinin İsrailin məhkəmə prokuroruna qarşı antisemitizm ittihamlarını tənqid edib.