Borrell Lavrovla görüşmək fikrində olmadığını bildiribbackend

Borrell Lavrovla görüşmək fikrində olmadığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iclasında iştirak edəcəyini, lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların orada planlaşdırılmadığını bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

“Mən ATƏT-in iclasına gedəcəm, çünki biz bu təşkilatın üzvləriyik və öz nöqteyi-nəzərimizi təqdim etməli, Rusiyanın nöqteyi-nəzərinə qarşı çıxmalıyıq”, – Borrel bildirib.

Eyni zamanda, o qeyd edib ki, Lavrovla danışıqlar aparmaq imkanı olmayacaq, çünki o, Avropa Müdafiə Agentliyinin iclasında iştirak etmək üçün ertəsi gün qayıtmalı olacaq.