NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrell Aralıq Dənizi Forumu Uğrunda İttifaqın Barselonada keçirilən iclasından sonra Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətdən danışaraq, sabah öldürülə biləcəklərə humanitar yardımın verilməsinin mənasız olduğunu bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin vəzifəsi mülki əhalinin əzablarını yüngülləşdirməkdir.
“Bunun üçün humanitar yardımın həcmini artırmaq lazımdır. Amma ertəsi gün öldürüləcək birinə yemək vermək mənasızdır”,- deyə Borrel bildirib.
Borrell əlavə edib ki, yeni itkilərin qarşısını almaq üçün atəş dayandırılmalıdır. Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, humanitar yardım lazımdır, lakin bu kifayət deyil. O, tərəflər arasında uzunmüddətli atəşkəs sazişinin bağlanmasını prioritet vəzifə adlandırıb.