Borrell: Ukrayna hələ qalib gəlməyib, amma Rusiya bu müharibəni artıq uduzubbackend

Borrell: Ukrayna hələ qalib gəlməyib, amma Rusiya bu müharibəni artıq uduzub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynada müharibənin davam etdiyini, lakin Rusiyanın artıq müharibəni uduzduğunu deyib.

NOCOMMENT xəbər verir ki, Borrell özəl qurumun təşəbbüsü ilə Brüsselin Eqmont sarayında keçirilən “Avropa Müdafiə və Təhlükəsizlik Sammiti” tədbirində iştirak edərək sualları cavablandırıb.

Ukraynadakı müharibəni şərh edən Borrell, “Rus ordusu məğlub oldu. Kiyevi bir neçə həftəyə almağa çalışdılar, bacarmadılar, geri itələdilər, Bəhmutu ala bilmədilər. Rusiya artıq bu müharibəni uduzdu. Ukrayna Hələ qalib gəlməyib, amma Rusiya açıq-aşkar hərbi cəhətdən məğlub olub” deyib.