Borrell: “Ukraynaya 6 milyard avro yardımın çatdırılmasında problem var”backend

Borrell: “Ukraynaya 6 milyard avro yardımın çatdırılmasında problem var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Sülh Fondu vasitəsilə Ukraynaya ayrılan 6 milyard avrodan çox hərbi yardım Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdən birinin vetosu səbəbindən dondurulmuş vəziyyətdə qalır.

 

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

 

“Bir Avropa İttifaqı ölkəsinin vetosuna görə Ukrayna üçün 6 milyard avro Avropa Sülh Fondunun hesabında dondurulmuş vəziyyətdə qalır”, – o qeyd edib.

 

J.Borrell vetonu aradan qaldırmağın yollarını axtaracağını vəd edib.