Borrelldən “Türkiyənin yanındayıq” MESAJIbackend

Borrelldən “Türkiyənin yanındayıq” MESAJI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və AB Komissiyasının sədr müavini Jozep Borrell, Hatay mərkəzli zəlzələdən sonra Aİ-nin Türkiyədəki vəziyyəti yaxından izlədiyini və Türkiyənin yanında olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, Hatayın Dəfnə və Samandağ rayonlarında baş verən 6,4 və 5,8 bal gücündəki zələlərlə bağlı sosial media hesabından açıqlama verib.

Borrell, Türkiyənin yanında olduqlarını ifadə edərək, “Türkiyənin Hatay şəhərində yenidən baş verən zəlzələ, zərər çəkmiş ailələrin iztirablarını və dağıntılarını artıran vəziyyəti yaxından izləyirik. Bu çətin günlərdə Türkiyənin yanındayıq”, – deyə o bildirib.