Bosniyada məktəbdə atışma: 3 nəfər həlak olubbackend

Bosniyada məktəbdə atışma: 3 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, avqustun 21-də Bosniyanın qərbində yerləşən Sanski Most şəhərindəki orta məktəblərdən birində çalışan üç əməkdaş öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, daha bir nəfər ağır yaralanıb. Məktəbdə təmizlik işçisi işləyən şəxs təhsil ocağının binasında avtomat silahdan ətrafa atəş açıb. “Reuters” xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanları və fövqəladə xidmətlər gəlib.

Unasan kanton polisinin sözçüsü Adnan Beqanoviçin sözlərinə görə, məktəbin direktoru, katibi və müəllimi öldürülüb. Cinayətkar intihara cəhd edib və ciddi xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.