Böyük Britaniya Almaniyanı Kiyevə uzun mənzilli raketlər göndərməyə çağırırbackend

Böyük Britaniya Almaniyanı Kiyevə uzun mənzilli raketlər göndərməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Almaniyanı Ukraynaya Taurus raketləri göndərməyə “sövq etməyə” çalışır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən yazır.

“Böyük Britaniya Almaniyanı Taurus raketlərini Ukraynaya göndərməyə məcbur edir… məsələ ilə tanış olan insanların sözlərinə görə, Böyük Britaniya nazirləri və rəsmiləri dəfələrlə Almaniyaya Ukraynanın Taurus raketlərinə çox ehtiyacı olduğunu açıqlayıblar”, — nəşrin məlumatında deyilir.

Qeyd olunur ki, Böyük Britaniya hökuməti Almaniyanı “özəl şəkildə” Kiyev hökumətinə uzaqmənzilli “Taurus” raketləri verməyə çağırıb.