Böyük Britaniya Azərbaycanın Ukraynaya yardım və dəstəyini alqışlayırbackend

Böyük Britaniya Azərbaycanın Ukraynaya yardım və dəstəyini alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi respublikanın hakimiyyət orqanlarının Ukraynaya yeni humanitar yardım paketi ayırmaq qərarını alqışlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “X” platformasındakı rəsmi hesabında müvafiq məzmunlu yazı dərc edib.

“Biz humanitar dəstəyin bir hissəsi kimi Azərbaycanın Ukraynaya yeni yardım göndərməsini alqışlayırıq”, – bəyanatda deyilir.

Eyni zamanda, səfirlik əlavə edib ki, London da öz növbəsində yaxın 100 il ərzində Kiyevə yardım göstərəcək. Söhbət Ukrayna ilə yanvarda imzalanmış bir əsrlik tərəfdaşlıq müqaviləsi çərçivəsində krallığın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən gedir.

Qeyd edək ki, fevralın 5-də Azərbaycan prezidenti İlham Əliyev ölkənin Energetika Nazirliyinə Ukraynaya humanitar yardım göstərməsi üçün 1 milyon dollar ayırıb. Ehtimal olunur ki, bu pullar elektrik avadanlıqlarının alınmasına və sonradan Kiyevə köçürülməsinə sərf olunacaq.