Böyük Britaniya Ermənistanla danışıqlar aparır – Krallıqdan qovulan…backend

Böyük Britaniya Ermənistanla danışıqlar aparır – Krallıqdan qovulan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya krallıqdan qovulan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times” qəzeti diplomatik sənədlərə istinadən bildirib.

Məsələ ilə bağlı Ermənistan, Botsvana, Fil Dişi Sahili və Kosta-Rika ilə dialoq davam edir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılıb. Lakin Krallığın Xarici İşlər Nazirliyi hesab edir ki, bu ölkələrin hakimiyyət orqanları bunda çox maraqlı olmayacaq. Qambiya, Mərakeş, Namibiya və Tunis isə məsələni müzakirə etməkdən imtina ediblər.

Xatırladaq ki, Böyük Britaniya artıq bir il yarımdır ki, krallıqdan qovulan qanunsuz miqrantları qəbul etməyə hazır olacaq ölkələr axtarır.