Böyük Britaniya Gürcüstanla müdafiə dialoqunu dondurubbackend

Böyük Britaniya Gürcüstanla müdafiə dialoqunu dondurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Gürcüstan hakimiyyətinin hərəkətləri səbəbindən Gürcüstanla dialoqu dondurdu və müdafiə danışıqlarını ləğv etdi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın səfiri Qaret Uord bildirib.

“Britaniya tərəfi 10 il ərzində ilk dəfə olaraq nazirlər arasında illik yüksək səviyyəli “Wardrop” dialoqunu dondurmağa qərar verib. Bu, dialoq formatı qurulandan bəri ilk dəfədir ki, baş verir. Biz, həmçinin müdafiə qərargahları arasında planlaşdırılmış yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, – deyə o vurğulayıb.