Böyük Britaniya miqrantlara qarşı ən sərt islahatlara keçirbackend

Böyük Britaniya miqrantlara qarşı ən sərt islahatlara keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarşıdan gələn il Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası rekord həddə – 764 min nəfərə çatan xalis miqrasiya nisbətini iki dəfə azaltmaq niyyətindədir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı Rişi Sunak deyib. Onun sözlərinə görə, miqrasiyanı azaltmaq üçün indiyə qədər böyük və ən sərt islahatlar həyata keçirilib:

“Proqnozlar göstərir ki, xalis miqrasiya təxminən 12 ay ərzində iki dəfə azalacaq. Yenidən seçilsək, hər il qanunverici miqrasiya limiti tətbiq edəcəyik”.

Baş nazir bildirib ki, mühacirlərin ölkə iqtisadiyyatına əhəmiyyətli töhfəsinə baxmayaraq, ölkədə əhalinin həddindən artıq artımı səhiyyə xidmətinə əlavə yüklər qoyur.