Böyük Britaniya Polşanın müdafiəsini gücləndirmək məqsədilə NATO qüvvələrinin ölkədə hər hansı əlavə yerləşdirilməsini dəstəkləməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı bəyanat verib.
“Böyük Britaniya və Fransanın Polşanın müdafiəsini necə gücləndirə biləcəklərini müzakirə edərkən, baş nazir bildirib ki, Böyük Britaniya regionda NATO qüvvələrinin hər hansı əlavə yerləşdirilməsini dəstəkləməyə hazırdır”, – deyə Starmerin ofisinin açıqlamasında qeyd olunub.